Millimizin üzvlərinin klubu Çempionlar Liqasında məğlub oldu

XƏBƏR 2 Avqust 2009 / 16:18 1899
-  A +

19 yaşadək qızlardan ibarət milli komandamızın üzvləri - kapitan Anna Ələkbərova, Yekatirina Nosova, İna Boykon, Qalina Komorova və Tamara Storovoytovanın çıxış etdikləri Litvanın “Gintra Universitetas” klubu Çempionlar Liqasının seçmə mərhələsində ikinci oyununu keçirib. Litva çempionu Şotlandiyanın “Qlazqo Siti" klubu ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, matç millimizin üzvlərinin komandası üçün uğursuz alınıb və “Gintra Universitetas” rəqibinə 0:2 hesabıyla uduzub. İki turdan sonra aktivində 3 xal olan Litva çempionu topların daha yaxşı fərqinə görə qrupda ikinci pillədə qərarlaşıb. Qrupun son matçında millimizin üzvlərinin komandası Almaniyanın “Bavariya” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, “Gintra Universitetas” ilk matçda Gürcüstan “Norçi”sini 7:1 hesabıyla məğlub edib. Millimizin üzvləri - Anna Ələkbərovaynan Qalina Komorova isə hərəyə iki qol vurublar. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı