“Levski” “Bakı” önünə yeni titulla çıxacaq

“Levski” “Bakı” önünə yeni titulla çıxacaq
XƏBƏR 2 Avqust 2009 / 15:28 1964
-  A +

Avqustun 5-də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Sofiyada “Bakı”nı qəbul edəcək “Levski” çempionumuz önünə yeni titulla çıxacaq. Qol.Az-ın məlumatına görə, Sofiya təmsilçisi dünən növbəti dəfə Bolqarıstan superkubokuna yiyələnib. Həlledici qarşılaşmada “Liteks”i qəbul edən “Levski” rəqibini 1:0 hesabıyla məğlub edib. Matçın taleyini həll edən yeganə qolu qarşılaşmanın 65-ci dəqiqəsində Sedrik Badron vurub. Son 21 dəqiqədə isə “Levski” meydanda azlıqda qalıb. İkinci sarı vərəqə aldığından, Raşid Tiberkanine meydandan qovulub. Bununla belə Retko Dostaniçin yetirmələri qələbə hesabını qoruyub, saxlayıb.


Son xəbərlər