“Necəsən, nə var, nə yox?”

“Necəsən, nə var, nə yox?”
XƏBƏR 2 Avqust 2009 / 15:18 2306
-  A +

Özünü naxçıxanlı elan edən, hətta adının Xalid, soyadının isə Süleymanov olduğunu iddia edən “Bakı”nın qapıçısı, seneqallı Xalidu Sissokonun ardından “zolaqlılar”ın ikinci qapıçısı Marko Şarliya da doğma dilimizdə danışmağa başlayıb. Qol.Az-ın məlumatına görə, xorvatiyalı qolkiper artıq xeyli söz öyrənib və onları tam düzgün şəkildə, çətinlik çəkmədən tələffüz edir. Bütün bunlara “Bakı”nın dünənki məşqində şahid olduq. Şarliya stadionda kimi görürdüsə, doğma dilimizdə ona “necəsən, nə var, nə yox?” deyirdi. Xorvatiyalı bundan başqa “salam, hara gedirsən, pul yoxdu” kimi kəlmələri də tez-tez işlədirdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı