“Levski” “Bakı”nın qarşısından geri çəkildi

“Levski” “Bakı”nın qarşısından geri çəkildi
ÖLKƏ FUTBOLU 2 Avqust 2009 / 15:00 2734
-  A +

Dünən gecə saatlarında “Bakı”nı Sofiyaya aparacaq təyyarə ətrafında yaranan problemə son qoyuldu. Qol.Az-ın məlumatına görə, çempionumuzu Bakıdan çarter reysiylə birbaşa Bolqarıstan paytaxtına aparacaq təyyarənin məhz Sofiyaya enməsinə qarşı çıxan bolqarlar sonda öz istəklərindən əl çəkiblər. Məsələnin getdikcə böyüdüyünü görən “Bakı” rəsmiləri sonda AFFA-ya, eləcə də digər yuxarı instansiyalara müraciət etdi. Gün ərzində aparılan danışıqlar axşam saatlarında komandamız üçün müsbət sonluqla nəticələndi. “Levski” “Bakı”nın qarşısından geri çəkildi. Beləliklə, “Bakı” sabah saat 13:00-da birbaşa çarter reysiylə Sofiyaya yola düşəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın