“Neftçi”nin oyunu yarımçıq dayandırıldı

“Neftçi”nin oyunu yarımçıq dayandırıldı
XƏBƏR 1 Avqust 2009 / 15:01 1950
-  A +

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Neftçi” təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. “Ağ-qaralar” Türkiyənin aşağı liqa təmsilçisi “Adanaspor”la qarşılaşıb. Qol.Az-ın məlumatına görə, “Neftçi”nin Adana təmsilçisinə qarşı keçirdiyi matç yarımçıq dayandırılıb. Matçın gedişində hava pisləşib və nəticədə güclü duman çöküb. Məhz bu səbədən oyun sona çatdırılmayıb. Buna qədər isə hesab 2:1 "Neftçi"nin xeyrinə olub. “Neftçi”nin hər iki qoluna Valter Quqlemon imza atıb.


Son xəbərlər