“Moskva” - Diniyevlərin növbəti qurbanı

XƏBƏR 1 Avqust 2009 / 12:37 2095
-  A +

Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdırdığı “Terek”in əvəzedicilərdən ibarət komandası Rusiya çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Qroznı təmsilçisi öz meydanında “Moskva”nı qəbul edib. Diniyevin yetirmələri rəqibini 3:2 hesabıyla məğlub edib. “Terek”in heyətində Sadayev, Tembulatov və Kaçayev fərqləniblər. Şahin Diniyevin oğlu, 17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Kərim də bu matçda forma geyib. Diniyev oğluna matçın son 28 dəqiqəsində şans tanıyıb. Bu qələbədən sonra xallarının sayını 26-a yüksəldən “Terek” turnir cədvəlində altıncı pilləyə qalxıb.

 

Daha çox


Son xəbərlər