Premyer Liqanın oyunları AzTV-də yayımlanacaq

Premyer Liqanın oyunları AzTV-də yayımlanacaq
XƏBƏR 31 İyul 2009 / 20:43 2790
-  A +

Bu gün PFL və AzTV Qapalı Səhmdar Cəmiyyəti arasında XVIII Azərbaycan Premyer Liqası və Kubokunun oyunlarının eksklüziv çəkiliş və yayım hüququna dair müqavilə imzalanıb. Qol.Az-a PFL-in mətbuat xidmətindən verilən məlumata görə, müqaviləyə əsasən XVIII Azərbaycan Premyer Liqası və Kuboku oyunlarının eksklüziv çəkiliş və yayım hüququ AzTV QSC-yə verilmişdir. Digər televiziya kanallarının Premyer Liqa və Kubok oyunlarından çəkiliş aparmasına icazə verilməyəcək. Qeyri qanuni çəkiliş aparmağa cəhd edən televiziya kanallarının qarşısı ciddi şəkildə alınacaq. Piratçılıqla məşqul olmağa çalışan televiziya kanalları AzTV QSC tərəfindən məhkəməyə veriləcək. Premyer Liqa və Kubok oyunlarını yayımlamaq və ya oyunlardan görüntülər əldə etmək istəyən hər hansı bir televiziya kanalı bununla bağlı AzTV QSC-yə müraciət etməlidir.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı