Azərbaycan millisinin baş məşqçisi “Fənərbaxça”nın bazasından razı dönüb

Azərbaycan millisinin baş məşqçisi “Fənərbaxça”nın bazasından razı dönüb
XƏBƏR 31 İyul 2009 / 19:20 1855
-  A +

«İstanbula çatdığımız andan bizə göstərilən böyük diqqəti hiss etdik. Bir neçə televiziya və qəzetin əməkdaşı bizim Türkiyəyə gəlişimizlə bağlı geniş informasiya verdi. Əvvəllər «Fənərbaxça»nın istifadə etdiyi «Dərəağzı» bazasında məşq keçirik. Bir sözlə, hər şey çox yüksək səviyyədədir”. Qol.Az-ın mılumatına görə bu sözləri, İyulun 14-dən etibarən «Fənərbaxça»nın bazasında olan «Akademiya» (U-15) komandasının baş məşqçisi Təbriz Həsənov AFFA-nın saytına açıqlamasında deyib: “Komandanı «Fənərbaxça»nın forması ilə təchiz ediblər. İlk məşqimizdə klubun prezidenti Əziz Yıldırım gəlib bizimlə maraqlandı. Sözün açığı, belə bir şey olacağını gözləmirdik. Hətta türkiyəli məşqçilər də təəccübləndilər. Çünki Əziz Yıldırım adətən aşağı yaş qrupu üzrə komandaların məşqinə getmir. Ancaq bizim ilk məşqimizi təxminən saat yarım izlədi, uşaqlarla söhbət etdi. Məşqdən sonra mənimlə görüşüb uşaqlar haqda məlumat aldı. Hər hansı problemimizin olub-olmadığını soruşdu. Bu, uşaqların da məsuliyyətini artırdı.
Komandada hər şey qaydasındadır. İlk günlər uşaqlar buraya uyğunlaşmaqda çətinlik çəkirdilər, artıq bu problem də həll olunub».

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı