Ümidini kuboka bağlayanların dueli

Ümidini kuboka bağlayanların dueli
ETOPAZ 9 Yanvar 2014 / 13:24 2888
-  A +

www.etopaz.az saytının bu günkü proqramında matç sayı az olduğundan yalnız bir qarşılaşmaya "tək oyun" statusu verilib.

"Tək" mərc edə biləcəyiniz həmin qarşılaşma İtaliya Kubokunun 1/8 final mərhələsinin "Udineze" - "İnter" oyunudur. Bu mövsüm avrokuboklardan kənarda qalan hər iki komanda A seriyasında da çempionluq şansını praktiki olaraq itirib.

Bu üzdən İtaliya Kuboku cari mövsümdə titul qazanmaq baxımından yeganə və şansdır. Beləliklə, bu gecə Bakı vaxtıyla saat 12-də Udinedə ümidini kuboka bağlayan iki komanda üz-üzə gələcək.

İtaliya Kubokunun hər mərhələsinin bir oyundan ibarət olduğunu nəzərə alsaq, tərəflər 1/4 finala vəsiqə üçün bütün gücünü ortaya qoyacaq. Bir maraqlı statistikanı da nəzərinizə çatdıraq: bu komandalar arasında "Udineze"nin meydanında keçirilən son oyunların hamısı "üst" bitib. www.etopaz.az sayıtının bu oyun üçün müəyyənləşdirdiyi əmsallar belədir: "Udineze"nin qələbəsi 2.45, heç-heçə 3.2, "İnter"in qələbəsi 2.3.


Son xəbərlər