UEFA klublarımıza qarşı sanksiya tətbiq edə bilər

UEFA klublarımıza qarşı sanksiya tətbiq edə bilər
ÖLKƏ FUTBOLU 31 İyul 2009 / 17:40 2317
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilmiş «Bakı» - «Levski» və Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş «Qarabağ» - «Rusenborq» oyunlarında təhlükəsizliyin UEFA-nın tələblərinə uyğun şəkildə təmin olunmaması ilə bağlı AFFA-ya Avropa futbol qurumu tərəfindən məktub göndərilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, məktubda hər iki oyun üçün biletlərin çap edilməməsi, bununla əlaqədar təhlükəsizlik və ümumi tədbirlərin aşağı səviyyədə olması ciddi tənqid edilib, «Bakı» klubuna sanksiya tətbiq olunacağı bildirilib və klublarımızın cari mövsümdə avrokuboklar çərçivəsində Bakıda keçirəcəyi növbəti oyunların təşkilatçılığı ilə bağlı AFFA-nın qarşısına tələb qoyulub. Bununla əlaqədar, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək «Qarabağ» - «Honka» qarşılaşmasının müəyyən təşkilati işləri AFFA tərəfindən həyata keçiriləcək.

Daha çox


Son xəbərlər