«AzTV-nin bizdən pul istəməsi barədə yayılan xəbərlər yalandır»

«AzTV-nin bizdən pul istəməsi barədə yayılan xəbərlər yalandır»
ÖLKƏ FUTBOLU 31 İyul 2009 / 17:14 2495
-  A +

“Oyunun yayımlanması üçün AzTV-nin bizdən pul istəməsi barədə yayılan xəbərlər yalandır. AzTV özü matçı canlı yayınlamaq üçün xeyli canfəşanlıq göstərdi. Lakin qarşı tərəf elə bir rəqəm istədi ki...” Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl AzTV-nin “Honka” - “Qarabağ” oyununu canlı olaraq yayımlamaq üçün Ağdam klubundan pul istəməsiylə bağlı ölkə mətbuatında yayılan xəbərlərə münasibət bildirərkən deyib. Klub rəsmisi bildirib ki, dövlət kanalı matçı yayımlamaq üçün xeyli səy göstərib. Lakin qarşı tərəfin bunda maraqlı olmaması AzTV-nin arzusunu gözündə qoyub: “Onlar da çalışırdılar ki, matç canlı yayımlansın. Bunun üçün xeyli səy göstərdilər. Hətta AzTV-nin əməkdaşları mənimlə əlaqə saxlamışdılar ki, “Honka”yla danışıq aparmaq üçün onlara yardımçı olum. Biz də qarşı tərəflə danışdıq. Lakin onlar həddindən artıq çox pul istədilər. 20 min yayım, 5 min də texniki məsələlər üçün. Amma bu rəqəm həddindən artıq şişirdilmişdi. Mənə elə gəlir ki, “Honka” tərəfi matçın yayımlanmasında maraqlı deyildi. Görünür, onların texniki imkanları çox aşağı səviyyədə olduğundan, belə bir rəqəm tələb etdilər ki, matç yayımlanmasın”. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord