Zaqatala fanatları hücum xəttinin gücləndirilməsini istəyir

XƏBƏR 31 İyul 2009 / 16:14 1913
-  A +

Hazırda Trabzonad olan Zaqatalanın “Smurq” klubu öz rəsmi internet saytında komandanın azarkeşləri arasında sorğu keçirib. 20 gün ərzində davam edən sorğuda "Sizcə, “Simurq”un heyətində hansı xəttin daha çox güclənməsinə ehtiyac var" sualını cavablandıran respondentlərin əksəriyyəti klub rəhbərliyinin daha çox hücumçu axtarışları ilə məşğul olmalı olduğunu düşünür. Səsvermədə iştirak edənlərin 36,51% faizi məhz bu bəndi seçib. 23,81% respondent orta xəttin, 14,29% müdafiənin, 6,34% isə qapı xəttinin gücləndirilməsinin vacibliyini önə çəkir. Bütün xətlərin gücləndirilməsinə səs verənlərin sayı isə 19,05%-ə bərabərdir.


 


Son xəbərlər