“Simurq” “Trabzonspor”la əməkdaşlığa başlayır

XƏBƏR 31 İyul 2009 / 16:04 2616
-  A +

Zaqatalanın "Simurq" klubunun nümayəndələri - prezidentin köməkçisi Aydın Əhmədzadə və menecer Kamran Həmidov bir neçə gün öncə Türkiyədə olublar. Trabzon şəhərində "Trabzon Karadenizspor" klubunun rəhbərliyi - klubun rəhbəri Dərviş Köz və idarə meneceri Sərkan Ənvərlə görüşən nümayəndələrimiz müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar. Qol.AZ-ın Zaqatala klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mehriban dostluq şəraitində keçən görüşün sonunda klublar arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Gələcəkdə komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi və oyunçu mübadiləsinin aparılması planlaşdırılır. "Simurq" və "Trabzon Karadenizspor" arasında ilk oyun artıq bu gün keçiriləcək. Trabzonun "Sahil 2" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Əvvəlcədən oyunun "Avni Aker" arenasında keçirilməsi planlaşdırılsa da, "Trabzonspor" klubunun avqustun 1-də Hollandiyanın "Maastrixt" komandası ilə məhz bu arenada görüşməsi ilə əlaqədar olaraq, oyunun keçirilmə yerində dəyişiklik edilib. Qeyd edək ki, "Trabzon Karadenizspor" Türkiyənin məşhur "Trabzonspor" klubunun rəsmi farm-klubudur və Türkiyə çempionatının 2-ci liqasında mübarizə aparır.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın