Bizim "Atletiko" və "yaralı" mançesterlilər

Bizim "Atletiko" və "yaralı" mançesterlilər
ETOPAZ 7 Yanvar 2014 / 18:05 3317
-  A +

İngiltərə və İspaniyada bu axşam keçiriləcək kubok qarşılaşmalarına www.etopaz.az xüsusi status verib. Həm İngiltərə Liqa Kubokunun "Sanderlend"-"Mançester Yunayted" (bu oyun həm də canlı mərcə açıq olacaq), həm də İspaniya Kral Kubokunun "Valensiya" - "Atletiko" (Madrid) matçına www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz.
 
Öncə saat 23:45-də "Sanderlend"lə "Mançester Yunauted" arasında Liqa Kubokunun ilk yarımfinal matçı başlayacaq. Hər iki komanda 2 gün əvvəl də meydanda olub. Digər kubok turniri - İngiltərə Kubokunda mübarizə aparan bu komandalardan "Sanderlend" qələbə qazanaraq növbəti mərhələyə adlayıb. "Qırmızı şeytanlar" isə doğma "Old Trafford"da 73 min azarkeşin gözü qarşısında "Suonsi"yə uduzmaqla dünya futbolunun ən qədim turnirini tərk edib. Mançesterli fanatlar hələ də 2 gün əvvəlki şok məğlubiyyətin təsiri altındadır. "Suonsi"dən əvvəl yeni ilin ilk günündə premyer liqa matçında "Tottenhem"ə məğlubiyyət də unudulmayıb. Bir sözlə, 2014 manikunianlar üçün uğursuz başlayıb.

Qalib ruhlu mançesterli fanatlar üçün bu vəziyyət qəbulolunmazdır. Çətin durumda olan baş məşqçi Devid Moyes bu axşam səfərdə "Sanderlend" üzərində qələbəylə bəlkə küskün fanatların könlünü müəyyən qədər ala bilər. Nəzərə alaq ki, İngiltərə Liqa Kubokunda qeyri-adi nəsə olmasa, finalda Mançester derbisi baş tutacaq. Yarımfinalda "qırmızı şeytanlar"ın "Sanderlend"i, "Mançester Siti"nin isə "Vest Hem"i üstələmək ehtimalı daha böyükdür. Amma bunlar hələlik fərziyyədir. "Sanderlend" Moyesin komandasına daha bir şok yaşatmaq üçün bu axşam bütün bacarığını ortaya qoyacaq. Axı, yarımfinal 2 oyundan ibarətdir. "Old Trafford"dakı cavab matçında "Sanderlend"i nələr gözlədiyini nəzərə alsaq, "zolaqlılar" bu axşam doğma azarkeşlər önündə qələbəyə oynamağa məcburdur.

"Bəli, bu mövsüm "Yunayted"in işləri yaxşı getmir. Premyer liqa əldən çıxıb, İngiltərə Kubokunu da tərk ediblər. Onlara özünəinamı qaytarmaq üçün titul qazanmaq lazımdır. Bu titul isə bir addımlıqlarında olduqları Liqa Kubokudur. Amma biz də təslim olmaq fikrində deyilik. İlk oyunda qalib gəlməliyik ki, cavab görüşünə rahat yollanaq" - bu sözləri uzun illər "Mançester Yunayted"in formasını geymiş, hazırda isə "Sanderlend"də oynayan müdafiəçi Ues Braun deyib. Onunla yanaşı "Sanderlend"də daha bir keçmiç mançesterli - Con Oşi də forma geyir. Görək, "qırmızı şeytanlar" keçmiş oyunçularının qoruduğu "Sanderlend" müdafiəsini bu axşam yara biləcəkmi? Xatırladaq ki, "Yunayted" son illərdə "Sanderlend"ə uduzmayıb. www.etopaz.az saytının bu maraqlı görüş üçün müəyyənləşdirdiyi əmsallar belədir: "Sanderlend"in qələbəsi 4.6, heç-heçə 3.45, "Mançester Yunayted"in qələbəsi 1.55. Bu qarşılaşmaya canlı mərc də edə bilərsiniz.

İspaniya Kubokunun "Valensiya" ilə "Atletiko Madrid" arasında keçiriləcək ilk 18 final görüşü isə gecə saat 1-də başlayacaq. Formasındakı "Land of Fire Azerbaıjan" yazısına görə ölkəmizdə çoxlarının "bizim Atletiko" saydığı Madrid təmsilçisi La liqada "Barselona"yla şərikli liderliyi davam etdirir. Bununla belə, komanda İspaniya Kubokunda da sonadək getməyə qərarlıdır. "Valensiya"nın da iddialı olduğunu nəzərə alsaq, bu axşam bizi "Mestalya"da gərgin oyun gözləyir. www.etopaz.az saytında "tək oyun" kimi mərc edə biləcəyiniz matçın əmsalları belədir: "Valensiya"nın qələbəsi 3.2, heç-heçə 3.3, "Atletiko Madrid"in qələbəsi 1.85.
Təklif bizdən, dəyərləndirmək sizdən. Oynayın və qazanın!!!


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın