Millimizin məşqçisi Sofiyaya da yollanacaq

XƏBƏR 31 İyul 2009 / 13:16 1826
-  A +

Dünən “Qarabağ”ın Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Finlandiyanın “Honka” klubu ilə keçirdiyi oyunu canlı olaraq stadiondan izləyənlər arasında milli komandamızın baş məşqçisi Berti Foqtsun birinci köməkçisi Vaqif Sadıqov da var idi. Qol.Az-ın məlumatına görə, Vaqif Sadıqov Sofiyaya da yollanacaq. Təcrübəli mütəxəssis Bolqarıstan paytaxtında avqsustun 5-də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Levski” - “Bakı” matçını da canlı izləyəcək.  


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın