Tahir Gözəl: “Rəşad Sadıqovun "Qarabağ"da qalıb-qalmayacağını heç mən də bilmirəm”

Tahir Gözəl: “Rəşad Sadıqovun "Qarabağ"da qalıb-qalmayacağını heç mən də bilmirəm”
ÖLKƏ FUTBOLU 31 İyul 2009 / 12:43 2265
-  A +

“Rəşad Sadıqovun komandada qalıb-qalmayacağını heç mən də bilmirəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Rəşad Sadıqovun “Qarabağ”dakı gələcək perspektivi haqda danışarkən deyib. Klub rəsmisi bildirib ki, bu məsələ onlardan asılı deyil: “Biz də istəyirik ki, Rəşad komandamızda qalsın. Amma bu məsələ təkcə bizdən asılı deyil. Bu haqda Rəşad özü də qərar qəbul etməlidi. Biz təklifimizi irəli sürmüşük. Təklifi necə cavablandırmaq isə Sadıqovun özündən asılıdır”.
Qol.Az-ın müxbirinin “Qarabağ” play-offa yüksələcəyi halda, bu mərhələdə Rəşadın komandaya kömək etmək ehtimalı daha çoxdur, yoxsa getmək?” sualını isə Tahir Gözəl belə cavablandırıb: “Bu suala mən dəqiq cavab verə bilmərəm. Çünki bir daha deyirəm ki, komandamızda qalıb-qalmayacağını Rəşad özü müəyyənləşdirəcək”.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı