Dünya futboluna ağır itki üz verdi

Dünya futboluna ağır itki üz verdi
DÜNYA FUTBOLU 5 Yanvar 2014 / 13:28 5423
-  A +

Dünya futboluna ağır itki üz verib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu gün 71 yaşında Portuqaliya milli komandasının əfsanəvi oyunçusu olmuş Eysebio dünyasını dəyişib.

O, son vaxtlar ürək ağrılarından əziyyət çəkirmiş.

Eysebio dünya futbolunun ən güclü oyunçularından biri olub. 1966-cı ildə “qara pantera” ləqəbini almış Eysebio həmin il İngiltərədə keçirilən dünya çempionatının bombardiri olub və öz komandası ilə yarışın bürünc medalını qazanıb.

“Benfika” ilə 1961/62 mövsümündə Avropa çempionları kubokunun qalibi olan əfsanəvi futbolçu 11 dəfə də Portuqaliya çempionatının qızıl medallarına layiq görülüb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı