Levandovski "Bavariya" ilə müqavilə imzaladı

Levandovski "Bavariya" ilə müqavilə imzaladı
DÜNYA FUTBOLU 4 Yanvar 2014 / 19:12 3377
-  A +

"Borussiya"nın (Dortmund) futbolçusu Robert Levandovski bu mövsüm başa çatdıqdan sonra "Bavariya"da çıxış edəcək.

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, polşalı hücumçu  tibbi müayinədən keçərək Münhen təmsilçisi ilə beş illik müqavilə imzalayıb. Levandovski yayda azad agent olacağından bu transfer üçün "Bavariya" təzminat qiyməti ödəməyib.

Qeyd edək ki, Münhen klubu Levandovskini ötən mövsümdən transfer etmək istəyirdi. Ancaq "Borussiya" buna icazə verməmişdi.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"