“Honka”nın baş məşqçisindən səmimi etiraf: “Qarabağ” qələbəyə layiq idi”

XƏBƏR 30 İyul 2009 / 23:04 2157
-  A +

“Çox təəssüf ki, məğlub olduq. Buna görə çox məyusam. Amma etiraf etmək lazımdır ki, “Qarabağ” qələbəyə layiq idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Honka”nın baş məşqçisi Mika Lekosuo deyib. “Honka”nın çalışdırıcısı komandamızın heyətində bəyəndiyi futbolçunun da adını açıqlayıb: “Qarabağ” komanda oyunu sərgilədi. Amma komandanızın 9 nömrəli futbolçusu Elvin Məmmədovu çox bəyəndim. Onun vurduğu qol da çox gözəl idi. Amma çalışacağıq ki, həmin qoldan ikisini biz də Bakıda vuraq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın