Qurban Qurbanov: “Qələbəyə baxmayaraq, arxayınlaşmaq olmaz”

Qurban Qurbanov: “Qələbəyə baxmayaraq, arxayınlaşmaq olmaz”
XƏBƏR 30 İyul 2009 / 22:57 2283
-  A +

“Minimum vəzifəmiz qol buraxmamaq, maksimum isə qol vurmaq idi. Sevinirəm ki, buna nail olduq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın üçüncü mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Finlandiyanın “Honka” klubuna qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında deyib. Gənc məşqçi bildirib ki, qələbəyə baxmayaraq, arxayınlaşmaq olmaz: “Qalib gəldiyimizə görə çox şadam. Amma heç cür arxayınlaşmaq olmaz. Çünki hələ növbəti mərhələyə yüksəlməmişik. Bakıda da bizi çox çətin matç gözləyir. Rəqib bugünkü məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Ona görə futbolçulara da tapşıracam ki, matça çox ciddi yanaşsınlar. İkinci hissədə daha çox qol vura bilərdik. Lakin futbolçular 3-4 real şansdan yararlana bilmədilər. Buna görə onları qınamıram da. Çünki qol epizodlarını qaçırmalarına baxmayaraq, hesab etmirəm ki, futbolçularımın səviyyəsi aşağıdır. Sadəcə olaraq, futbolda belə şeylər olur. Qapıya vurulan hər zərbə qol olsaydı, futbolun mənası qalmazdı”.   


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın