Gəncədə futbol turnirinə yekun vuruldu (FOTOSESSİYA)

XƏBƏR 30 İyul 2009 / 17:45 2285
-  A +

Gəncə Regional Futbol Federasiyasının yeniyetmə və gənc futbolçulardan ibarət komandalar arasında keçirdiyi açıq birinciliyə bu gün yekun vurulub. Qol.Az-ın məlumatına görə, yarışda 8 komanda dairəvi sistem üzrə qüvvəsini sınayıb. Kollektivlərdən yeddisi Gəncənin, biri isə Daşkəsəni təmsil edib. Oyunlar da məhz bu iki regionda keçirilib. Komandaların heyətinə 25 yaşa kimi təcrübəli futbolçuların buraxılması birinciliyin səviyyəsini daha da artırıb. Bunun nəticəsində vaxtilə milli çempionatda oynayan bir sıra futbolçular müxtəlif komandaların heyətində forma geyiblər. 1 ay davam edən birinciliyin qalibinə gəlincə, ilk pilləyə “Avtomobilçi” komandası yiyələnib. Gümüş medallar “Təbriz”ə , bürünc mükafatlar isə “Metallurq”a çatıb.
Yarışın bağlanış mərasimində Azərbaycan Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovla vitse-prezident Maşallah Əhmədovda da iştirak edib. Onlar növbəti futbol bayramı münasibətiylə komandaları təbrik etməklə yanaşı, futbolçulara hədiyyələr də veriblər.




















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord