“Atletiko” Argentina millisinin futbolçusunu aldı

“Atletiko” Argentina millisinin futbolçusunu aldı
DÜNYA FUTBOLU 1 Yanvar 2014 / 11:39 4672
-  A +

Oyunlara üzərində “Baku-2015” sözləri yazılan forma ilə çıxan “Atletiko” yeni transfer gerçəkləşdirib. Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi Xarkov “Metallist”inin yarımmüdafiəçisi Xose Sosanı icarə qaydasında heyətinə cəlb edib.

Altı ay “Atletiko”nun şərəfini qoruyacaq Argentina millisinin 28 yaşlı yarımmüdafiəçisi üçün ilkin mərhələdə “Metallist”ə 1.5 milyon avro ödəniləcək. Tərəflər arasında qarşılıqlı razılığa əsasən, mövsümün sonunda “Atletiko” futbolçunu 10 milyon avroya satın alacaq.

Qeyd edək ki, cari Ukrayna çempionatının 17 oyununda meydana çıxan Sosa 5 qol vurub və 4 qolun ötürməsini verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı