Qvardiola: “Məşqçi olmağı qərara alanda 26 yaşım vardı”

Qvardiola: “Məşqçi olmağı qərara alanda 26 yaşım vardı”
DÜNYA FUTBOLU 28 Dekabr 2013 / 19:40 2811
-  A +

“Bavariya”nın çalışdırıcısı Xosep Qvardiola Dubayda keçirilən beynəlxalq idman konfransında iştirak edib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, mərasimdə çıxış edən məşqçi bildirib ki, güclü və təcrübəli futbolçularla çalışmaq daha rahatdır.

“Çünki onlar sənin uğur qazanmağına kömək edirlər. Məşqçi kimi irəli gətmək üçün futbolçularının keyfiyyətinə bələd olmalısan. Soruşursunuz ki, mənim sevimli taktiki sxemim hansıdır? Bu, konkret oyundan və futbolçulardan asılıdır” – deyən Qvardiola daha sonra bunları söyləyib: “Hələ 26 yaşım olanda mən məşqçi olacağıma qərar verdim. Məhz məşqçi. İdman direktoru və ya başqa vəzifə ağlımdan da keçmədi”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı