Futbolçularımız “Fənərbaxça” - “Honved” oyununu izləyəcələr

Futbolçularımız “Fənərbaxça” - “Honved” oyununu izləyəcələr
XƏBƏR 30 İyul 2009 / 12:53 2116
-  A +

AFFA ilə Türkiyənin «Fənərbaxça» klubu arasında əldə olunmuş razılığa əsasən, iyulun 14-dən etibarən «Akademiya» (U-15) komandası İstanbul təmsilçisinin bazasındadır. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, «Akademiya» (U-15) bu gün Bakı vaxtı ilə saat 23:45-də Şükrü Saracoğlu stadionunda UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək «Fənərbaxça» - «Honved» (Macarıstan) qarşılaşmasını canlı izləyəcək.


Son xəbərlər