Avropada ən çox məşqçi istefaları olan liqalar

Avropada ən çox məşqçi istefaları olan liqalar
DÜNYA FUTBOLU 27 Dekabr 2013 / 11:10 3185
-  A +

2013/2014 mövsümündə indiyə kimi Avropada ən çox baş məşqçi dəyişikliyi edən çempionatlar açıqlanıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, cari mövsüm ən çox Yunanıstan Superliqasında (13 dəfə) baş məşqçilər istefaya göndərilib.
 
Siyahının ikinsi pilləsində Rumıniya (12), üçüncü yerdə isə Rusiya çempionatı (10) qərarlaşıb.

Bu mövsüm ən çox baş məşqçi dəyişikliyi edən Avropa liqaları aşağıda adları qeyd olunanlardır.




1.
Yunanıstan - 13 ("Veriya" (3 dəfə), "Apollon" (2 dəfə), "Aris" (2 dəfə), "Asteras Tripolis", "Ksanti", PAS, OFİ, "Platanias", "Levadiakos")

2. Rumıniya - 12 ("Brasov" (3 dəfə) , "Dinamo", "Vasluy", "Kluj",  "Timişoara", "Saqeata Navodari", "Otselul", "Viitorul", "Universitatya", "Braşov")

3. Rusiya - 10 ("Kuban" (2 dəfə), "Anji" (2 dəfə), "Krılya Sovetov", "Tom", "Terek", "Ural", "Krasnodar", "Rubin")

4. Türkiyə - 6 ("Qalatasaray", "Gənclərbirliyi", "Elazığspor", "Qaziantepspor", "Konyaspor", "Ərciyəsspor")

5. İngiltərə - 5 ("Sanderlend", "Kristal Palas", "Fulhem", "Vest Bromviç", "Tottenhem")

6. Fransa - 4 ("Soşo", "Ayaçço", "Monpelye", "Valensyen")

7. İtaliya - 4 ("Genua", "Kataniya", "Kievo", "Sampdoriya")

8. İspaniya - 3 ("Osasuna", "Valensiya", "Betis")

9. Almaniya - 3 ("Ştutqart", "Hamburq", "Nünberq")


Son xəbərlər