“Xəzər Lənkəran” Kipr klubuna qalib gəldi

XƏBƏR 30 İyul 2009 / 10:16 2035
-  A +

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” dünən növbəti yoxlama matçına çıxıb. Cənub təmsilçisi Kiprin “Paralimni” komandasıyla qarşılıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Ağasəlim Mircavadov start heyətində aşağıdakı futbolçulara etimad göstərib: Dmitri Kramarenko, Fatih Sonkaya, İvan Peça, Denis Silva, Radomir Todorov, Devran Ayhan, Dieqo Souza, Nizami Hacıyev, Ruslan Poladov, Junior Osvaldo, İvan Svetkov. İkinci yarıda meydana Kostadin Canbazov, Denis Kalinkov, Ceyhun Sultanov və Mario Souza daxil olublar.
Rəqiblərin sərt müqaviməti ilə yadda qalan oyun “Xəzər-Lənkəran” ın ərazi üstünlüyü şəraitində keçib. Görüşün 34-cü dəqiqəsində Nizaminin uzaqdan vurduğu zərbənin istiqamətini dəyişən Svetkov hesabı açıb. Daha sonra Ağasəlim Mircavadovun yetirmələrinin iki zərbəsinin qarşısını rəqib qapısının dirəkləri alıb. Bununla belə, “ağ-yaşıllar” Avstriyada keçirilmiş ikinci oyunu da qələbəylə başa vurublar. Xatırladaq ki, iki gün öncə “Xəzər-Lənkəran” “Hallvanq”ı 3:1 hesabıyla (Denis Silva, Poladov və Canbazov) məğlub edib.


Son xəbərlər