"Qəbələ" Türkiyə klubuna qalib gəldi

XƏBƏR 29 İyul 2009 / 21:18 1939
-  A +

Bu gün "Qəbələ" Türkiyə toplanışı çərçivəsində üçüncü oyununa çıxıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komandamız "Siirt Jetpaspor"la qarşılaşıb. Türkiyə ikinci liqasında çıxış edən "Jetpaspor" oyuna daha yaxşı başladı və ilk hissəni 1:0 hesabı ilə öndə başa çatdırdı. Lakin ikinci yarıda "Qəbələ"nin əsas futbolçularının meydançaya daxil olmaları ilə üstünlük komandamızın tərəfinə keçib. Hissənin ortalarında hesab bərabərləşdi. Tomaş Stolpa sol cinahdan cərimə meydançasına daxil olaraq İqor Melnikə gözəl ötürmə verdi. O isə topu qapıya göndərməkdə çətinlik çəkmədi. Az sonra Melnik yenidən səhnəyə çıxdı. Meydançaya yenicə daxil olan Pərvin Paşayev sol cinahla irəliləyərək topu Melnikə göndərdi. Ucaboylu ukraynalı forvard isə başla hesabı xeyrimizə dəyişdi - 2:1. Bu, Melnikin "Qəbələ" forması altında ilk qolları idi. Oyun elə bu hesabla da sona çatdı.

Daha çox


Son xəbərlər