“Honka”nın baş məşqçisi heç-heçəyə razıdır

“Honka”nın baş məşqçisi heç-heçəyə razıdır
XƏBƏR 29 İyul 2009 / 19:19 2112
-  A +

“Oyun öncəsi ciddi problemlə üzləşmişik. Uels klubu ilə ikinci təsnifat mərhələsindən sonra heyətimizin demək olar yarısını itirmişik. Aleksandr Kokko ilə Nikola Otaranin sabahkı qarşılaşmada oynamayacaqlarını dəqiq deyə bilərəm. Digər 4 futbolçumuzun meydana çıxıb-çıxmayacağı da sual altındadır. Bir sözlə, vəziyyətimiz ürəkaçan deyil”. Qol.Az-ın məlumatına görə, bu sözləri, sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsinin  ilk oyununda “Qarabağ”ı qəbul edəcək Finlandiyanın “Honka” klubunun baş məşqçisi Mika Lekosuo klubun rəsmi internet saytına açıqlamasında deyib. Bununla belə, baş məşqçi ən azından məğlub olmamaq üçün oynayacaqlarını bildirib: “Bütün bu probemlərə baxmayaraq doğma azarkeşlərimiz önündə uduzmaq fikrimiz yoxdur. Rəqib güclüdür və onların gücünə bələdik. Fikrimcə, indiki halda heç-heçə bizim üçün yaxşı nəticə olacaq".  


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı