"Fənərbaxça" yenidən avropakuboklara dönəcəkmi?

"Fənərbaxça" yenidən avropakuboklara dönəcəkmi?
DÜNYA FUTBOLU 24 Dekabr 2013 / 13:10 3323
-  A +

"Fənərbaxça" növbəti mövsümdən avrokuboklarda iştirak edə bilər.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi xəbərə görə, İstanbul klubunun danışılmış oyunlarda iştirak edib-etmədiyini araşdıran Türkiyə məhkəməsi yaxın günlərdə bu barədə rəsmi qərarını açıqlayacaq.

Əgər məhkəmə istintaqın yenidən başlanılmasına qərar versə, "Fənərbaxça" növbəti mövsümdən yenidən avrokuboklarda çıxış edə bilər.

Hər dəfə Türkiyə məhkəməsinə çıxacarağı qərara əsasən addım atacağını bildirən UEFA istintaqın yenidən başlayacağı təqdirdə, cəzanın dondura bilər. Sonradan klubun günahkar olduğu təsdiqlənsə, 1 illik cəza yenidən qüvvəyə minəcək.

Qeyd edək ki, qitənin ali futbol qurumu "Fənərbaxça"nı iki illik cəzalandırmışdı. Klubun bir illik cəzası mövsümün sonu bitəcək.


 


Son xəbərlər