Elin Topuzakov: “Əsas mübarizə irəlidədir”

Elin Topuzakov: “Əsas mübarizə irəlidədir”
XƏBƏR 29 İyul 2009 / 18:38 1970
-  A +

“Oyunun gərgin keçdiyini hamı gördü. Əvvəllcədən də, bunun belə olacağını bilirdik. Çünki 3-cü mərhələdəki rəqibimiz daha güclü idi. İlk dəqiqələrdən üstümüzə gəlməyə başladılar. Hiss olunurdu ki, ilk hissədə bizə qol vurmaq istəyirlər. Bu arada “Bakı”nın azarkeş dəstəyi də güclü idi. Lakin biz onların təzyiqinə dayanaraq qapmızın toxunulmazlığını saxlaya bildik. Qarşımıza qoyulan əsas məqsəd də bu idi”.  Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun futbolçusu Elin Topuzakov  dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Bakı” ilə keçirdikləri oyun haqqında danışarkən Bolqarıstan mətbuatına deyib. Topuzakov təkrar qarşılaşmanın daha çətin olacaöını deyib: “Əlbəttə, hələ əsas mübarizə irəlidədir. Qarşıda ikinci oyun var. İnanıram ki, Sofiyada yaradacağımız qol imkanlarından istifadə edərəkl, növbəti mərhələyə məhz biz çıxacağıq”.


 


Son xəbərlər