Rəşad Sadıqov Rəşad Məcidin verdiyi 100 faizli proqnozdan danışdı

ÖLKƏ FUTBOLU 29 İyul 2009 / 16:56 2470
-  A +

“Qarabağ”ın müdafiəçisi, milli komandamızın kapitanı Rəşad Sadıqov “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Qarabağ” - “Rusenborq” oyunu ilə bağlı proqnozundan yaxşı mənada təəccübləndiyini deyib. Qol.Az-ın müxbiriylə söhbətində Rəşad Sadıqov Rəşad Məcidin hələ oyundan bir gün əvvəl futbolçularla görüşü zamanı “Qarabağ”ın 1:0 hesabıyla qalib gələcəyini və qolun məhz Rəşad Sadıqovun vuracağını deməsini yaxşı xatırladığını söyləyib: “Oyun qurtaran kimi soyunub-geyinmə otağında sevinərkən də dedilər ki, dünən Rəşad Məcid belə bir proqnoz vermişdi. Onu dedikləri düz çıxdı”.
Rəşad Sadıqov vurduğu qolda ilahi bir qüvvənin rolunun olduğunu da söyləyib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı