"Olimpik-Şüvəlan" bu gün “VİT-Corciya”yla qarşılaşır

"Olimpik-Şüvəlan" bu gün “VİT-Corciya”yla qarşılaşır
XƏBƏR 29 İyul 2009 / 14:35 1737
-  A +

"Olimpik-Şüvəlan"ın yoxlama oyunları keçirəcəyi rəqiblərin siyahısında dəyişiklik edilib. Qol.Az-a klubun mətbuat xidmıtindən verilən məlumata görə, əvvəlcədən tərtib olunmuş təlim-məşq proqramına əsasən baş məşqçi Əsgər Abdullayevin yetirmələri iyulun 29-da Gürcüstanın birinci dəstə təmsilçisi "Çixura" ilə görüşməli idi. Lakin məşqçilər korpusu daha güclü klubla qarşılaşmaq istədiyindən rəqib olaraq Gürcüstan çempionu “VİT-Corciya” seçilib. Beləliklə, "Olimpik-Şüvəlan" “VİT-Corciya” ilə bu gün  saat 19:00-da qarşılaşacaq.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın