“Levski”nin kapitanı: “Bakı” ciddi rəqib olduğunu sübut etdi”

“Levski”nin kapitanı: “Bakı” ciddi rəqib olduğunu sübut etdi”
XƏBƏR 29 İyul 2009 / 13:30 2064
-  A +

"Çox ağır bir oyun oldu. “Bakı” dünən göstərdiyi oyunla ciddi rəqib olduğunu sübut etdi. Əgər kimsə bizim çox asan qələbə qazanacağımızı və rahatlıqla mərhələ keçəcəyimi düşünürdüsə, yanıldı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Levski”nin qapıçısı və kapitanı Georgi Petkov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçı çərçivəsində dünən "Bakı"yla oyunda münasibət bildirərkən deyib. O, təkrar oyunun da çətin keçəcəyini düşünür: “İlk oyunda rəqibin 2 real qol epizodu oldu. Amma qeyd edək ki, bizim də bir real şanslarımız oldu. Lakin onlardan istifadə edə bilmədik. Təkrar oyuna gəlincə, yenə çətin qarşılaşma olacaq. Əminəm ki, Sofiyadakı matçı ilk növbədə bizim fanatlar qazanacaqlar. Çünki onların dəstəyindən çox şey asılı olacaq”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı