“Levski”nin idman direktoru: “Bakı” doğma azarkeş dəstəyindən yararlana bilmədi, amma biz, bunu edəcəyik”

 “Levski”nin idman direktoru: “Bakı” doğma azarkeş dəstəyindən yararlana bilmədi, amma biz, bunu edəcəyik”
XƏBƏR 29 İyul 2009 / 12:57 2062
-  A +

“Düşünürəm ki, komandamız taktiki planda çox yaxşı və düzgün oynadı. Bu isə məndə qələbəyə böyük inam yaradır. Düzdür, matçın son 15 dəqiqəsində üstünlüyü rəqibə verdik. Amma ümumilikdə, futbolçularımız üzərlərinə düşəni etdilər. Onların oyununu ayrı-ayrılıqda qiymətləndirmək istəmirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” - “Levski” oyunu ilə bağlı Bolqarıstan mətbuatına açıqlama verən Sofiya klubunun idman direktoru Georgi İvanov deyib. O, “Bakı”dan fərqli olaraq "Levski"nin təkrar oyunda azarkeş dəstəyi amilindən lazımınca istifadə edəcəyini bildirib: “Doğma azarkeşlərimizin gözü önündə qələbə qazanmaq və mərhələni keçmək üçün bizim bütün imkanlarımız var. İlk oyunda “Bakı”nı möhtəşəm azarkeş ordusu dəstəklədi. Lakin onlar bu üstünlükdən istifadə edib, bizə qol vura bilmədilər. Baxmayaraq ki, 2 real imkanları oldu. Amma rəqibdən fərqli olaraq biz, doğma azarkeş dəstəyindən istifadə edəcəyik”.

Sonda “Levski”nin idman direktoru oyunun 48-ci dəqiqəsində meydanda yaşanmış məlum olaya da münasibət bildirib: “Futbolda belə şeylər olur. Bu dəfə Felipenin başına gəldi. Çox pis və arzuolunmaz epizod idi. Rəqib futbolunun düşdüyü duruma çox təəssüfləndim”.   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı