Bolqarıstan mətbuatı da norveçli hakimin səhvini etiraf etdi

Bolqarıstan mətbuatı da norveçli hakimin səhvini etiraf etdi
XƏBƏR 29 İyul 2009 / 12:30 2208
-  A +

Dünən keçirilən "Bakı" - "Levski" oyununun 48-ci dəqiqəsində baş verən epizod və Feliksin xəstəxanaya aparılmasıyla nəticələnən epizod Bolqarıstan mətbuatının da diqqətinin çəkib. Qol.Az-ın məlumatına görə, matçı şərh edən Gol.bg saytı həmin epizoda bu cür toxunub: “İkinci hissə yenicə başlamışdı ki, meydanda dəhşətli hadisə baş verdi. Yussef Rabbeh cərimə meydanında sürətlə ondan sıyrılan və özündən xeyli hündür olan Feliks Felipe Almeydanın sifətinə güclü zərbə endirdi. Zərbədən huşunu itirən “Bakı”nın futbolçusunu ayıltmaq üçün tibbi personal xeyli çalışdı. Həyatla ölüm arasında çarpışan Felipeni həyata qaytarmaq uğurunda mübarizə aparan həkimlərin səyi nəhayət nəticə verdi və o xəstəxanaya aparıldı. Aşkar qayda pozuntusuna yol verən Rabbeh isə görüşün baş hakimindən hətta sarı vərəqə belə, almadı. Etiraf edək ki, Yussuf buna layiq idi. Amma norveçli Moen həm onu, həm də “Levski”ni bağışladı”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi