Feliks "Levski"ylə cavab matçında oynayacaq!

Feliks "Levski"ylə cavab matçında oynayacaq!
ÖLKƏ FUTBOLU 29 İyul 2009 / 12:12 2829
-  A +

Dünən Çempionlar Liqasının üçüncü mərhələsinin ilk oyunları çərçivəsində "Levski"yə qarşı keçirilən matçda zədələnərək, xəstəxanaya aparılan Felipe Almeyda Feliksin durumu hazırda yaxşıdır. Braziliyalı futbolçu bir neçə saat xəstəxanada qaldıqdan sonra dünən gecə evə buraxılıb. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində "Bakı"nın mətbuat xidmətinin rəhbəri Ruslan Əlişzadə məlumat verib. Klub rəsmisinin sözlərinə görə, hazırda evdə istirahət edən Feliksin durumu yaxşıdır və o, Sofiyada "Levski"yə qarşı keçiriləcək cavab matçında forma geyəcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki