"Qarabağ" artıq Helsinkidədir

XƏBƏR 29 İyul 2009 / 11:40 2097
-  A +

Sabah Avroliqanın üçüncü mərhələsinin cavab qarşılaşmaları çərçivəsində səfərdə Finlandiyanın "Honka" klubuyla qarşılaşacaq "Qarabağ" artıq matçın keçiriləcəyi Helsinki şəhərindədir. Qol.Az-ın Helsinkidə olan müxbirinin verdiyi məlumata görə, komandamız dünən Bakı vaxtıyla saat 22:00 radələrində Finlandiya paytaxtına çatıb. Hava limanından birbaşa komanda üzvləri "Croun" otelinə yollanıblar. Bu gün komandamız matçın keçiriləcəyi stadionda məşqə çıxacaq. "Qarabağ"ın düşərgəsində ab-hava əladır. Yeganə narahat doğurucu məqam Rəşad Sadıqovun böyük ehtimalla sabahkı matçda forma geyməməsidir.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq