Hafiz Məmmədov: “Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq”

Hafiz Məmmədov: “Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq”
ÖLKƏ FUTBOLU 29 İyul 2009 / 11:28 2175
-  A +

“Oyunu hakim idarə edir, məsuliyyəti də o daşıyır. Həqiqətən də, Feliksə qarşı qayda pozuntusu var idi, ancaq hakim penalti qərarı vermədi. Buna şərh vermək istəmirəm, ancaq onu deyim ki, komandamın penalti qolu ilə qalib gəlməsini arzulamazdım. Yaxşı imkanlarımız oldu, təəssüf ki, qələbə qolunu vura bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov "Bakı"-"Levski" oyununun 48-ci dəqiqəsində komandamızın hücumçusu Feliksə qarşı açıq-aydın qayda pozuntusu yer almasına baxmayaraq, 11 metrlik cərimə zərbəsi təyin etməyən norveçli hakim Moyenin qərarına münasibət bildirərkən deyib. Komandaların cavab qarşılaşmasına gəldikdə isə, Hafiz Məmmədov "Bakı"nın növbəti mərhələyə yüksəlmək şanslarının kifayət qədər olduğunu bildirdi: “Gərgin oyun alındı, komandalar layiqli mübarizə apardılar, onu qeyd edim ki, bügünkü rəqiblər bir-birlərinə layiq idilər. Cavab oyununda bizi qane edəcək nəticəyə ümid edirik. Tribunaları tamamilə dolduran azarkeşlərə təşəkkür edirəm, komandamızı sonadək dəstəklədilər. İkinci oyun çətin keçəcək, bununla belə, çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq".    

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın