Amiran Muciri cəzalanacaq

XƏBƏR 28 İyul 2009 / 23:02 2280
-  A +

“Bakı”nın yarımmüdafiəçisi Amiran Muciri cəzalanacaq. Qol.Az-ın məlumatına görə, bu haqda “Bakı”nın baş məşqçisi Coko Haciyevski məlumat verib. Makedoniyalı mütəxəssis deyib: “Muciri böyük səhvə yol verdi. O peşəkar futbolçuya yaraşmayan hərəkət etdi. Buna görə də Muciri mütləq cəzalanacaq. O bilməlidir ki, komandada söz sahibi mənəm, o yox. Heç kim ona ixtiyar verməyib ki, mən əvəzetmə edərkən, o meydandan çıxdığına görə narazılığını bildirsin. Mən məsləhət bilirəmsə, o meydandan çıxmalıdır, deməli belə də lazımdır". 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord