UEFA "Avro-2016"nın təqvimini açıqladı

UEFA "Avro-2016"nın təqvimini açıqladı
DÜNYA FUTBOLU 19 Dekabr 2013 / 10:48 3991
-  A +

2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının təqvimi məlum olub.

Qol.Az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, 53 komandanın mübarizə aparacağı seçmə mərhələnin püşkü gələn il fevralın 23-də Fransanın Nitsa şəhərində baş tutacaq. Millilər 9 qrupa bölünəcək. Qruplar isə 5 və 6 komandadan ibarət olacaq. Qruplarda ilk 2 yeri tutanlar final mərhələsinə vəsiqəni təmin edəcək.

UEFA-nın builki qərarına əsasən seçmə mərhələdə 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da Avro-2016-ya qatıla biləcək. Bu 8 komanda arasında "pley-off" mərhələsi keçirilərək 4 ən güclü komanda bilinəcək.

Bu 23 milli və meydan sahibi  Fransa  final mərhələsində çıxış edəcək. Final mərhələsinin oyunları iyunun 10-dan iyulun 10-dək keçiriləcək.


Seçmə mərhələnin təqvimi

1-ci tur: 2014-cü il, 7, 8, 9 sentyabr
2-ci tur: 2014-cü il, 9, 10, 11 oktyabr
3-cü tur: 2014-cü il, 12, 13, 14 oktyabr
4-cü tur: 2014-cü il, 14, 15, 16 noyabr
5-ci tur: 2015-ci il, 27, 28, 29 mart
6-cı tur: 2015-ci il, 12, 13, 14 iyun
7-ci tur: 2015-ci il, 3, 4, 5 sentyabr
8-ci tur: 2015-ci il, 6, 7, 8 sentyabr
9-cu tur: 2015-ci il, 8, 9, 10 oktyabr
10-cu tur: 2015-ci il,  11, 12, 13 oktyabr

Pley-off mərhələsinin təqvimi

İlk oyunlar: 2015-ci il, 12, 13, 14 noyabr
Cavab oyunları: 2015-ci il, 15, 16, 17 noyabr

Qeyd edək ki, UEFA-nın qərarı ilə şənbə, bazar günləri keçiriləcək qarşılaşmaların saat 21:00 və 23:45-də, adi günlərdə isə 23:45-də başlayacaq.

Əlavə edək ki,  final mərhələsinin püşkü 2015-ci il dekabrın 12-də Parisdə baş tutacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı