Coko Haciyevski: “Bu qədər azarkeşi sevindirə bilmədiyimizə görə məyusam”

Coko Haciyevski: “Bu qədər azarkeşi sevindirə bilmədiyimizə görə məyusam”
XƏBƏR 28 İyul 2009 / 22:32 1983
-  A +

“İlk növbədə deyim ki, Feliksin durumuna görə çox pis oldum. O çox ciddi zədə almışdı. Amma inanıram ki, hər şey yaxşı olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Levski”ylə oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis bildirib ki, 35 min azarkeşi sevindirə bilmədiklərinə görə çox təəssüflənir: “Oyun həddindən artıq çətin keçdi. Bizi bu gün dəstəkləyən 35 min azarkeşə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Amma hamınız gördünüz ki, futbolçularım meydanda hər şeylərini qoydular. Qələbə qazanmaq üçün bütün bacardığımız etdik. “Levski”də güclü rəqibdir. Hər şey Sofiyada həll olunacaq. Düzdür, rəqib öz meydanında oynayacaq. Amma bizim üstünlüyümüz də ondan ibarətdir ki, qapımızın toxunulmazlığını qoruya bildik. Hesab edirəm ki, səfərdə vuracağımız bir qol bizə çox kömək edə bilər. Məncə Bəxtiyar Soltanovun yoxluğu özünü göstərdi. Digər tərəfdən də ikinci hissənin startında Feliksi itirdik. Nəticədə iki sürətli futbolçumuzu itirməli olduq”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı