“Qarabağ” bu gün yola düşür

XƏBƏR 28 İyul 2009 / 17:46 1823
-  A +

İyulun 30-da Avroliqanın üçüncü mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Finlandiyanın “Honka” klubu ilə qarşılaşacaq “Qarabağ” bu gün səfərə yola düşür. Qol.Az-ın məlumatına görə, bu gün saat 20:00-də Bakı - Helsinki reysiylə Ağdam klubu çarter reysiylə Finlandiyaya yollanacaq. Skandinaviya ölkəsinin paytaxtında “Croun” oteldə məskunlaşacaq komandamız bu gün səhər Bakıda sonuncu məşqini edib.
Sabah isə oyunöncəsi matç başlayan saatda komandamız sonuncu məşqini edəcək. Nəzərinızə çatdıraq ki, oyun Bakı vaxtıyla 20:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı