“Qoy, heç olmasa bunu “Levski”dən gizli saxlayaq”

“Qoy, heç olmasa bunu “Levski”dən gizli saxlayaq”
XƏBƏR 28 İyul 2009 / 16:28 2177
-  A +

“Start heyətini əlbəttə ki, müəyyənləşdirmişəm. Bəxtiyarın əvəzinə meydana kimi buraxacağımı da dəqiqləşdirmişəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bir neçə saatdan sonra Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Levski”ylə qarşılaşacaq “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Bununla belə, makedoniyalı mütəxəssis start heyətini açıqlamağı məqsədəuyğun hesab etməyib: “Amma indi heyəti açıqlaya bilmərəm. Əslində bunda elə bir gizlin şey yoxdur. Onsuz da oyunda biləcəksiniz. Sadəcə olaraq, istəmirəm ki, rəqib komanda əvvəlcədən heyətimizdən xəbər tutsun. Qoy, heç olmasa bunu “Levski”dən gizli saxlayaq”.  


Son xəbərlər