Felipe Feliks: “Levski”ylə oyuna qol vurmaq üçün çıxacağam”

Felipe Feliks: “Levski”ylə oyuna qol vurmaq üçün çıxacağam”
XƏBƏR 28 İyul 2009 / 15:24 2064
-  A +

“Ekranas”la oyunlarda komandamın qələbəsində rol oynadığım üçün çox şadam. Çalşacağam ki, “Levski”yə də qol vurum. Bu oyuna qol vurmaq üçün çıxacağam”.  Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bir neçə saatdan sonra “Levski”ylə qarşılaşacaq “Bakı”nın hücumçusu Felipe Almeyda Feliks deyib. Braziliyalı forvard bildirib ki, Bolqarıstan çempionuyla oyun daha çətin keçəcək: “Levski” güclü komandadır. Ona görə də tam əminliklə demək olar ki, oyun çox çətin keçəcək. Amma biz rəqibdən çəkinmirik. İnanıram ki, bu gün də azarkeşlərimizi sevindirəcəyik”.  

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord