Coko Haciyevski: “İnanıram ki, “Levski”ni məğlub edəcəyik”

Coko Haciyevski: “İnanıram ki, “Levski”ni məğlub edəcəyik”
ÖLKƏ FUTBOLU 28 İyul 2009 / 14:29 2247
-  A +

“Bu cür gəzintilər komandaya müsbət təsirini göstərir. Sadə insanlar bizimlə ünsiyyət qururlar. Bəzən elə olur ki, tanımadığın, ömründə ilk dəfə səni görən adamın fikirlərini eşitmək çox maraqlı olur. Çünki bilirsən ki, o nə deyirsə, səmimi qəlbdən deyir. “Ekranas”la oyundan qabaq da komanda ilə birgə bulvara gəzintiyə çıxmışdıq. Bu, komandaya uğur gətirdi. Ona görə də ənənəni davam etdirmək qərarına gəldik”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bir neçə saatdan sonra Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Levski”ylə qarşılaşacaq “Bakı”nın baş məşqçisi Coko Haciyevski komandasıyla birgə səhər saatlarında dənizkənarı parkda gəzintidə olarkən deyib. Makedoniyalı mütəxəssis bildirib ki, bu gün qalib gələcəklərinə inanır: “Artıq oyuna tam hazırıq. Dünən son məşqimizi keçdik. Komandamızın düşərgəsində çox gözəl ab-hava hökm sürür. Yalnız Bəxtiyar Soltanovla Xalidu Sissokonun yoxluğu təəssüf doğurur. Amma mən inanıram ki, digər futbolçular onların yoxluğunu unutduracaqlar. Komandamızda qalan hər şey superdir. Azarkeşlər bu dəfə də bizə möhtəşəm dəstək verəcəklər. Mən qələbəyə inanıram. İnanıram ki, “Levski”ni məğlub edəcəyik. “Bakı”nın potensialı daha güclü komandaları məğlub etməyə imkan verir”.      

Daha çox


Son xəbərlər