Bu da dünyanın ən güclü müdafiəçiləri

Bu da dünyanın ən güclü müdafiəçiləri
DÜNYA FUTBOLU 9 Dekabr 2013 / 20:30 6485
-  A +

FİFA 2013-cu ilin rəmzi milli komandasına düşəcək dörd ən yaxşı müdafiə üçün 15 namizəd futbolçunun adını açıqlayıb.

Qol.Az-ın FİFA-nın saytına istinadən verdiyi məlumata görə, dünyanın ali futbol qurumunun tərtib etdiyi siyahıda "Bavariya"dan dörd, "Barselona"dan üç futbolçu yer alıb.

Madrid "Real"ından isə Marselo və Pepe namizədlər arasına daxil olmağı bacarıb.


Rəmzi yığmaya namizəd olan 15 futbolçu aşağıda adları qeyd olunanlardır:

David Alaba (Avstriya, "Bavariya")
Xordi Alba (İspaniya, "Barselona")
Dani Alveş (Braziliya, "Barselona")
Leyton Beyns  (İngiltərə, "Everton")
Xerom Boatenq (Almaniya, "Bavariya")
Eşli Koul (İngiltərə, "Çelsi")
Dante (Braziliya, "Bavariya")
Mats Hummels (Almaniya, “Borussiya" Dortmund)
Branislav İvanoviç (Xorvatiya, "Çelsi")
Filipp Lam (Almaniya, "Bavariya")
David Luiz (Braziliya, "Çelsi")
Vinsent Kompani (Belçika, "Mançester Siti")
Marselo (Braziliya, "Real" Madrid)
Pepe (Portuqaliya, "Real" Madrid)
Jerard Pike (İspaniya, "Barselona")

Qeyd edək ki, FİFA bu siyahını tərtib edərkən futbolçuların millidə və klublarındakı çıxışını əsas götürüb.


Son xəbərlər