FİFA "Qızıl top"a son 3 namizədin adını açıqladı

FİFA "Qızıl top"a son 3 namizədin adını açıqladı
DÜNYA FUTBOLU 9 Dekabr 2013 / 17:20 4404
-  A +

FİFA bu ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatına son üç namizədin adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, bu siyahıda Kriştiano Ronaldo ("Real", Madrid), Lionel Messi ("Barselona") və Frank Riberi ("Bavariya") yer alıb.

Son 4 ildə "Qızıl top"a sahib çıxan Messi bu il də mükafatı qazanacağı təqdirdə öz rekordunu qırmış olacaq. Ronaldo isə 2008-ci ildən sonra yenidən bu mükafata sahib çıxmaqla "Qızıl top"larının sayını ikiyə yüksəldəcək.

Ötən mövsüm "Bavariya" ilə bütün titulları qazanan Riberi karyerası ərzində ilk dəfə bu mükafata sahib çıxa bilər. Riberi bununla da, 1998-ci ildə Zinəddin Zidandan sonra bu mükafatı qazanan ilk fransız futbolçu olacaq. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord