Qvardiola: “Qızıl top” Riberinin haqqıdır”

Qvardiola: “Qızıl top” Riberinin haqqıdır”
DÜNYA FUTBOLU 8 Dekabr 2013 / 16:59 2769
-  A +

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola FİFA tərəfindən bu il dünyanın ən güclü futbolçusuna təqdim olunacaq “Qızı top” mükafatı üçün namizədinin adını açıqlayıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bundesliqada “Verder Bremen”ə 7:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfrasında o bildirib ki, bu mükafat komandasının futbolçusu Frank Riberinin haqqıdır.

“Riberi bu il əla oyun nümayiş etdirib. Hazırda karyerasının ən üst səviyyəsində hesab oluna bilər. Riberi “Bavariya”nın indiki vəziyyətə gəlməsinin əsas səbəbkarlarındadır. “Qızıl top” mükafatı birmənalı olaraq Riberinin haqqıdır” – deyə o qeyd edib.

Qvardiola bildirib ki, fransalı oyunçu bu mükafatı almasa belə, heç kim onun futbolçu kimi səviyyəsinə şübhə etməməlidir: “O, ötən mövsüm Haynkesin dönəmində üç çempionluq qazanıb. Əlbəttə, Messi və Ronaldo da uğurlu bir il keçirdi. Amma ötən mövsüm Riberi inanılmaz oyun sərgilədi”.


Son xəbərlər