Türkiyə kuboku: "Fənərbaxça" və "Trabzonspor" mübarizəni dayandırdı

Türkiyə kuboku: "Fənərbaxça" və "Trabzonspor" mübarizəni dayandırdı
DÜNYA FUTBOLU 5 Dekabr 2013 / 01:00 2939
-  A +

Futbol üzrə Türkiyə kubokunda IV turun oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub.

Səfərdə "Balıkesirspor"un qonağı olan "Trabzonspor" rəqibinə 1:3 hesabı ilə məğlub olub. Millimizin üzvü Cihan Özkaranın komandası "Sivasspor" klubu öz meydanında "Silivrispor"a 1:0 hesabı ilə qalib gəlib.

Doğma azarkeşləri önündə "Fethiyespor"la qarşılaşan "Fənərbaxça" rəqibinə 1:2 hesabı ilə məğlub olaraq kubokda mübarizəni dayandırıb. Digər Superliqa təmsilçisi "Bursaspor" klubu səfərdə "Adana Demirspor"u 2:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, IV turun qalan iki görüşü bu axşam keçiriləcək. 

 


4 dekabr

Türkiyə kuboku, IV turun oyunları

"Tavsanli Linyitspor" - "Akhisar Bələdiyyəspor" - 0:1
 
"Tokatspor"
- "İstanbul BB" - 1:0

"İnegolspor" - "Qaziantepspor" - 3:2

"Balıkesirspor" - "Trabzonspor" - 3:1

"Sivasspor" - "Silivrispor" - 1:0

"Gənclərbirliyi" - "Nazilli Belediyespor" - 0:1

"Fənərbaxça" - "Fethiyespor" - 1:2

"Adana Demirspor" - "Bursaspor" - 1:2

 

5 dekabr

"Tarsus" - "Erciyesspor" 

"Eskisehirspor" - "Belediye Vanspor"

"Kayserispor" - "1461 Trabzon"
 
"Karabükspor" - "Hacettepe"

"Bucaspor" - "Beşiktaş"

 

3 dekabr

"Bardinmaspor" - "Elazığspor" - 0:2

"Qalatasaray" - "Qaziantep" - 2:2 (Penaltilər seriyası - 6:5)

"Antalyaspor" - "Cankirispor" - 4:2


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı