Vur-tut iki gün fasilə...

Vur-tut iki gün fasilə...
ETOPAZ 3 Dekabr 2013 / 18:24 3643
-  A +

Yüksək tempdə oynamağa öyrəşmiş Avropanın aparıcı klubları bu gün və sabah yenidən yaşıl meydanlarda olacaq. Hərçənd bu komandalar 2-3 gün əvvəl öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçirmişdi.

Çox qısa çəkən istirahətdən sonra bu axşam İtaliya, Almaniya və Türkiyədə kubok, İngiltərə və Fransada isə çempionat oyunları keçiriləcək. www.etopaz.az Fransa Liqasının 2 qarşılaşmasını "tək oyun" statusuyla bu günkü proqrama daxil edib. Söhbət "Lill"-"Marsel" və "Nant"-"Valensyen" görüşlərindən gedir.

Hər iki qarşılaşma saat 22-də başlayacaq. Həm "Lill", həm də "Marsel" Fransa liqasının son 4 turunda məğlub olmayıb. "Lill" hazırda 2-ci, "Marsel" isə 4-cü sıradadır. Tərəflər arasnda baş tutan son 10 dueldən yeddisi "üst" nəticələnib, qalan görüşlərdə isə məhsuldarlıq aşağı olub. www.etopaz.az axşamkı matçda meydan sahiblərini favorit sayır. "Lill"in qələbəsi 1.8, heç-heçə 3.3, "Marsel"in qələbəsi isə 3.4 əmsalla dəyərləndirilir.

6-cı sırada qərarlaşan "Nant"ın autsayderlər qrupunda yer alan "Valensyen" qarşısında favorit sayılmasında təəccüblü bir şey yoxdur. "Nant" bu komandaya qarşı keçirdiyi son 4 ev oyunun üçündə qələbə qazanıb. www.etopaz.az "Nant"ın qələbəsini 1.6 əmsalla qiymətləndirir. Heç-heçənin əmsalı 3.4, "Valensyen"in qələbə əmsalı isə 4.3-dür. Nəyin necə olacağını oyun göstərəcək. www.etopaz.az üzvlərinə isə nəticəni əvvəldən təxmin etmək qalır. Bol şanslar!!!

Son xəbərlər